Ən keyfiyyətli bal Türkiyədə istehsal olunur

Türkiyə Arı Yetişdiricileri Mərkəz Birliyinin rəhbəri Ziya Şahin dünyada şam balına olan tələbatın 92 faizini ödəyən Türkiyənin, eyni zamanda ən keyfiyyətli bal istehsal olunan ölkə olduğunu söyləyib.

1353011

Türkiyədə keçən il 104 min ton şam və çiçək balı istehsal olunduğunu dilə gətirən Şahin 2020-ci ildə də bu miqdarı əldə edəcəklərinə inandığını qeyd edib.

Türkiyənin şam balı istehsalında lider ölkə olduğunu vurğulayan Şahin "Ölkəmizdə illik təxminən 40 min ton şam balı istehsalı edilir. Dünyada şam balının 92 faizi Türkiyədə istehsal olunur" deyib.

Şam balının xüsusi bir məhsul olduğunu və fərqliliklərin olduğunu dilə gətirən Ziya Şahin yaxın illərdə əczaxanalarda satılacaq balları istehsal edəcəklərini vurğulayıb.

Şahin Türkiyədə təxminən 65 min ailənin arıçılıqla məşğul olduğunu sözlərinə əlavə edib.

Әlaqәli Xәbәrlәr