Çin iqtisadiyyatının böyümə nisbəti üçüncü rübdə də artdı

Çin Milli Statistika Bürosu (NBS) ölkənin iqtisadiyyatın üçüncü rübdə ötən ilin eyni dövrünə görə 6 faiz böyüdüyünü bildirib.

1290374
Çin iqtisadiyyatının böyümə nisbəti üçüncü rübdə də artdı

  Çin iqtisadiyyatı üçüncü rübdə ötən ilin eyni dövrünə nisbətən 6 faiz artıb.

  Çin Milli Statistika Bürosu (NBS) ölkənin iqtisadiyyatın üçüncü rübdə ötən ilin eyni dövrünə görə 6 faiz böyüdüyünü bildirib.

  NBS-in sözçüsü Mao Şınqyonq paytaxt Pekində keçirilən mətbuat konfransında inkişaf rəqəmlərilə bağlı deyib: "İşlərimizi həmişə irəli aparmalı, tərəqqini prioritet halına gətirməli, sabit böyüməyə daha çox üstünlük verməliyik".  

  2019-cu ilin ilk rübündə 6,4, ikinci rübündə 6,2, üçüncü rübdə isə 6 faiz inkişaf edən Çin iqtisadiyyatının ümumi böyümə səviyyəsi 6,2 faiz təyin edilib.

  NBS-nin paylaşdığı məlumata görə, ümum daxili məhsul ilk üç rübdə 69,78 trilyon yuan (9,87 trilyon dollar) olub.  

  Qeyd edək ki, Çinin baş naziri Li Kıçianq mart ayında keçirilən parlament iclasında builki iqtisadi artım hədəfinin 6 - 6,5 faiz arasında olacağını açıqlamış, bu böyümə nisbətinin ölkəiçi və beynəlxalq gözləntilərə uyğun olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr