Türkiyə ev və mətbəx əşyaları sektorunun ən böyük görüşü

10 milyard dollarlıq ticarət həcminə malik Türkiyə ev və mətbəx əşyaları sektorunun ən böyük görüşü - 30-cu Beynəlxalq “Zuchex” Sərgisi 12-15 sentyabr tarixlərində İstanbulda olacaq.

1254840

  İstanbul Tüyap Beylikdüzündə reallaşacaq tədbirdə süfrə və mətbəx avadanlıqlarından elektrikli və polad ev alətləri, dekoratif əşyalar, tekstil, şüşə, çini, dulusçuluq məmulatları, plastik vəsaitlər, işıqlandırma və hamam aksesuarlarına qədər minlərlə yeni məhsul, kolleksiya və inovatif dizayn bir arada sərgilənəcək.

  10 milyard dollarlıq ticarət həcminə malik sərgi ev əşyaları sektorunun emalatçı, ixracatçı və distributor firmalarını bu il 30-cu dəfə professional satınalma heyətləri, şəbəkə mağaza sahibləri, müstəqil satıcılar, topdan və pərakəndə satış qurumları, diler və distributorlar, otel və restoran inzibatçıları, “catering” şirkətləri, hədiyyəlik əşya alıcıları, istehsalçı və idxalatçı firma səlahiyyətliləriylə görüşdürəcək.

  Dörd gün davam edəcək sərgidə xüsusi olaraq hazırlanan və "Çaymı, qəhvəmi?" başlıqlı təqdimatda məşhur şeflər qonaqlara bir-birindən fərqli çay və qəhvə verəcək, “Cooking Theatre” edəcəklər.   

Әlaqәli Xәbәrlәr