Türkiyə avtomobil sektoru ilin ən yüksək ixracat rəqəminə çatdı

Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi (OİB) və Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə...

1254220
Türkiyə avtomobil sektoru ilin ən yüksək ixracat rəqəminə çatdı

  Türkiyə avtomobil sektoru iyulda ötən ilin eyni ayı ilə müqayisədə 5 faiz artaraq 2,9 milyard dollar xarici satışla 2019-cu ildə ən yüksək ixracat rəqəminə çatdı.

  Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi (OİB) və Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə, avtomobil sənayesinin ixracatı iyulda əvvəlki ilin eyni ayına nisbətdə 5 artıb. İyulda əldə edilən 2,9 milyard dollarlıq satış avtomobil sahəsində 2019-cu ildə aylıq əsasda ən yüksək ixracat rəqəmi olub. Bu ixracat məlumatı, eyni zamanda, avtomobil sənayesinin tarixində aylıq əsasda çatılan dördüncü ən yüksək xarici satış rəqəmi olaraq qeydiyyata düşüb.



Әlaqәli Xәbәrlәr