Rusiyanın atom şirkəti Səudiyyə Ərəbistanında şöbə açır

“Rosatom”dan verilən məlumatda bildirilir...

1216072
Rusiyanın atom şirkəti Səudiyyə Ərəbistanında şöbə açır

  Rusiya dövlət atom enerji şirkəti “Rosatom” Səudiyyə Ərəbistanındakı nüvə enerji layihələrində iştirak etmək üçün bu ölkənin paytaxtı Riyadda şöbə açacağını açıqladı.

  “Rosatom”dan verilən məlumatda bildirilir:

  “Paytaxt Moskvada Rusiya ilə Səudiyyə Ərəbistanı arasında iqtisadi və ticarət əlaqələrinə dair hökumətlərarası toplantı təşkil olundu. Yığıncaqda Rusiyanı ölkənin enerji naziri Aleksandr Novak təmsil edirdi. Burada Rusiyanın Səudiyyə Ərəbistanı ilə sülhməramlı nüvə enerji istifadəsi sahəsində əməkdaşlığı inkişaf etdirmək istədiyi və bununla əlaqədar olaraq “Rosatom”un Riyadda şöbə açacağı qərarına gəlindi.”

  Səudiyyə Ərəbistanının enerji, sənaye və mədən qaynaqları naziri Xalid əl-Falih də Moskvada keçirilən hökumətlərarası bu yığıncaqdan sonra jurnalistlərə etdiyi şərhdə “Rosatom”un Səudiyyə Ərəbistanında tikilməsi planlaşdırılan ilk nüvə mərkəzinin tenderində iştirak etmək üçün dəvət ediləcəyini söyləyib.

  Qeyd edək ki, dünyanın ən böyük nüvə texnologiya şirkətlərindən olan “Rosatom” aralarında Türkiyədəki Akkuyu Nüvə Stansiyasının da olduğu 42 beynəlxalq nüvə reaktor layihəsində iştirak edir.



Әlaqәli Xәbәrlәr