Nur-Sultanda iki gün davam edən XII “Astana İqtisadi Forumu” başa çatdı

Qazaxıstanın paytaxtı Nur-Sultanda iki gün davam edən XII “Astana İqtisadi Forumu” başa çatdı.

1203327
Nur-Sultanda iki gün davam edən XII “Astana İqtisadi Forumu” başa çatdı

Qazaxıstanın paytaxtı Nur-Sultanda iki gün davam edən XII “Astana İqtisadi Forumu” başa çatdı.

Konqres mərkəzində təşkil edilən “Ruhlandıran artım: insanlar, şəhərlər, iqtisadiyyat” mövzulu ikigünlük forumda davamlı inkişafın yeni yolları, insan kapitalının inkişafı, şəhərlərin beynəlxalq bilik və innovasiya mərkəzləri potensialının gücləndirilməsi məsələləri müzakirə edildi.  

Türkiyədən forumda iştirak edən Maliyyə Məhkəməsinin sədrinin müavini Zəkəriya Tüysüz “Milli kilid göstəricilər: Davamlı inkişaf vasitələri panəli”ndə çıxış etdi.

Tüysüz forumun dünyada hər ölkənin qarşı-qarşıya olduğu problemlərin müzakirə edilməsi və təcrübələrin bölüşülməsi baxımından əhəmiyyətli olduğunu, iclasların da səmələri keçdiyini söylədi.

Türkiyə və ev sahibi Qazaxıstan arasında ikili əlaqələrin çox səmimi və səmərəli olduğunu bildirən Tüysüz “Qazaxıstan ilə çox yaxınıq. Dəyişik platformalarda onlar bizi, biz də onları dəstəkləyirik. Həm ikitərəfli əlaqələrimiz, həm də belə platformalar çərçivəsində bir-birimizə dəyərli töhfələrimiz olur. Qazax qardaşlarımıza təcrübələrimizi ötürərkən, onların da təcrübələrindən istifadə etmə imkanı əldə edirik. Forum çərçivəsində çox əhəmiyyətli problemlər müzakiri olundu, yeni yanaşmalar və həll yolları təklif edilri. Bu mənada forum hər kəs üçün faydalı olacaqdır” dedi.



Әlaqәli Xәbәrlәr