Azərbaycan Türkiyəyə təbii qaz ixracını 36% artırıb

Bu ilin ilk ayında Türkiyənin təbii qaz idxalı ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə 6,54% azalaraq 5 mlrd. 810 mln. kub metr təşkil edib.

1171595
Azərbaycan Türkiyəyə təbii qaz ixracını 36% artırıb

Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 808 mln. kub metr təbii qaz ixrac edilib.

Bu barədə ölkəmizin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında bildirilib.

2018-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə Azərbaycandan Türkiyəyə ixrac edilən təbii qazın həcmi 36% çoxdur. Azərbaycandan nəql olunan qaz Türkiyənin hesabat ayında ümumi qaz idxalının 13,91%-ni təşkil edib.

Bu ilin ilk ayında Türkiyənin təbii qaz idxalı ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə 6,54% azalaraq 5 mlrd. 810 mln. kub metr təşkil edib.

Türkiyənin idxal etdiyi təbii qazın 3 mlrd. 470 mln. kub metri boru kəmərləri, 2 mlrd. 340 mln. kub metri isə mayeləşdirilmiş təbii qaz (LNG) daçıyıcıları vasitəsilə nəql edilib.

Belə ki, yanvarda Türkiyə Rusiyadan 1 mlrd. 837 mln. kub metr, İrandan isə 824 mln. kub metr təbii qaz idxal edilib. Təbii qazın qalan idxal hissəsi isə Əlcəzair, Nigeriya, ABŞ, Qətər, Misir, Ekvotorial Qvineyadan həyata keçirilib.

 



Әlaqәli Xәbәrlәr