Türkiyənin çay ixracından əldə etdiyi gəlirat

Türkiyədən ilin yanvar-fevral dövründə 59 ölkəyə 1 milyon 674 min 434 dollarlıq çay ixracı oldu.

1168704
Türkiyənin çay ixracından əldə etdiyi gəlirat

Türkiyədən ilin yanvar-fevral dövründə 59 ölkəyə 1 milyon 674 min 434 dollarlıq çay ixracı oldu.

Şərqi Qara dəniz İxracatçılar Birliyinin məlumatına görə, Türkiyədən ilin ilk iki ayında 666 ton çay ixrac edilib.

Keçən ilin müvafiq dövründə 416 ton olan çay ixracından 1 milyon 208 min 231 dollar gəlir əldə edilmişdir.

Beləliklə həmin dövrdə edilən çay ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə miqdar olaraq 60, qiymət olaraq isə 30 faiz artıb.

Türkiyədən bu dövrdə edilən çay ixracında 363 min 109 dollarla Almaniya ilk yeri tutduqda, bu ölkəni 239 min 71 dollarla Belçika, 225 min 543 dollarla Fransa izləyib.

Çax ixracında ölkə müxtəlifliliyi də artmaqda davam edir.

Türkiyədən ilin iki aylıq dövründə 59 ölkəyə çay ixrac olunub.


Etiketlәr: #çax ixracı

Әlaqәli Xәbәrlәr