OPEK-in neft hasilatı azaldı

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) gündəlik xam neft hasilatı yanvar ayına müqayisədə günlük 797 min barrel azalaraq 30 milyon 810 min barrel olub.

1144279
OPEK-in neft hasilatı azaldı

OPEK-in yanvar ayı neft bazarı hesabatına görə, qlobal neft tələbatı əvvəlki aya müqayisədə 1,03 milyon barrel azalaraq, ayda 99 milyon 320 min barel qeydə alınıb.

Yanvar ayında OPEK üzvü olmayan ölkələrdə isə neft hasilatı gündə 230 min barrel azalaraq 68 milyon 520 min barrelə enib.

Yanvar ayında OPEK-in xam neft hasilatı isə keçən ilin dekabr ayına müqayisədə isə 797 min barrel azalaraq 30 milyon 810 min barel olub. Beləliklə yanvar ayında OPEK-in ümumi qlobal neft tədarükündə payı ötən ayla müqayisədə 0,5% azalaraq 31% -ə enib.

Ötən ay OPEK üzvü ölkələr arasında neft hasilatını ən çox artıran ölkələr isə Nigeriya və Ekvatorial Qvineya oldu.

Nigeriyada gündəlik hasilat 52 min barrel artaraq 1 milyon 792 min barrelə çatarkən, Ekvatorial Qvineyada gündəlik xam neft istehsalı 8 min barrel artımla 117 min barrelə qalxıb.

OPEK üzvü ölkələr arasında Yanvar ayında neft hasilatı ən çox azalan ölkə isə sırası ilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt olub. Səudiyyə Ərəbistanının gündəlik hasilatı 350 min barrel azalaraq 10 milyon 213 minə, Birləşmiş Ərəb Əmirliklərində isə 146 min barrel azalaraq 3 milyon 78 min barrelə, Küveytdə də 2 milyon 710 min barrelə düşüb.



Әlaqәli Xәbәrlәr