“Şimal axını-2” layihəsinin dəniz hissəsindəki tikinti işlərinin 20 faizi başa çatıb

Rusiyanın “Qazprom” dövlət şirkətinin rəhbəri Aleksey Miller ölkəsinin qazını Almaniyaya daşıması planlaşdırılan “Şimal axını-2” layihəsinin dəniz hissəsindəki tikinti işlərinin 20 faizinin tamamlandığını açıqladı.

1130337

Miller jurnalistlərə açıqlamasında layihədə tikinti işlərinin təqvim çərçivəsində irəlilədiyini bildərərək deyib: “Layihənin dəniz hissəsindəki tikinti işlərinin 20 faizi başa çatdı”.

Təqribən 10 milyard dollara başa gələcəyi gözlənilən “Şimal axıını-2” layihəsilə 55 milyard kubmetrlik Rusiya qazının Baltik dənizi üzərindən Almaniyaya daşınması planlaşdırılır.

Başda ABŞ və Ukrayna, Polşa və Baltik ölkələrinin tikinti işlərinin əleyhinə olduğu layihənin ortaqları arasında “Qazprom”la yanaşı “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi qərbli şirkətlər də yer tutur.

Qeyd edək ki, “Qazprom” keçən il Avropaya 194,4 milyard kubmetr qaz ixrac edib. Bunun 30 faizə yaxını isə Ukrayna üzərindən axıdılıb.

Әlaqәli Xәbәrlәr