Kənd təsərrüfatı ixracında artım qeydə alınıb

Kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər və əkinçilər üçün yaradılan imkanlar İxrac həcminin artmasına töhfə verdi.

1123075
Kənd təsərrüfatı ixracında artım qeydə alınıb

Ele ki, son 5 il ərzində 107 milyard 320 milyon dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edildi. Sektorun 2018-ci ildə reallaşdırdığı ixrac həcmində 2017-ci ilə müqayisədə 6,6% nisbətində artım qeydə alındı.

2018-ci ildə İraq ən çox kənd təsərrüfatı məhsulları ixrac etdiyimiz ölkə oldu. İraqa 3 milyard 634 milyon 464 min dollarlıq ixrac reallaşdırdıq. Bu ölkəni 1 milyard 525 milyon 941 min dollarla Almaniya, 1 milyard 5 milyon 459 min dollar ilə də ABŞ izlədi.

Son 5 ildə bitki mənşəli məhsul ixracı 74 milyard 415 milyon 67 min dollara çatarkən, eyni dövrdə heyvani məhsul ixracı 10 milyard 752 milyon 50 min dollar, ağac və meşə məhsulları ixracı isə 22 milyard 153 milyon 319 min dollar olub. Ən çox ixrac edilən məhsul isə 6 milyard 688 milyon 863 min dollarla dənəli bitkilər, paxla, yağlı toxumlar və məmulları olub. Bu məhsulları 14 milyon 613 min dollarla mebel, kağız və meşə məhsulları, 2 milyard 513 milyon 893 min dollarla dəniz və heyvan məhsulları izləyib.

 



Әlaqәli Xәbәrlәr