2018-ci ildə Şərqi Qara dənizdən 126 ölkəyə ixrac reallaşdırıldı

Şərq Qaradəniz İxracatçılar Birliyi İdarə heyətinin Başçısı Saffət Kalyoncu mövzu ilə əlaqəli yazılı bəyanat yayıb.

1119138
2018-ci ildə Şərqi Qara dənizdən 126 ölkəyə ixrac reallaşdırıldı

Bildirib ki, 2018-ci ildə Trabzon, Rizə, Artvin və Gümüşhanə şəhərlərindən 1 milyard 189 milyon 1356 dollarlıq ixracat reallaşdırılıb. Trabzondan edilən ixrac miqdarı 952 milyon 191 min 378 dollar olub. Bu şəhərimizi 148 milyon 636 min 478 dollar ilə Rizə, 53 milyon 45 min 971 dollarla Artvin və 35 milyon 127 min 528 dollar ilə Gümüşhanə izləyib. İxrac edilən məhsulların başında fındıq və məmulatları, təzə meyvə və tərəvəz iştirak edir.

Kalyoncunun sözlərinə görə söz mövzusu dövrdə reallaşdırılan ixracın 633 milyon 694 min 295 dollarını fındıq və ondan hazırlanan məmulatlar, 201 milyon 315 min 893 dollarını isə yaş meyvə və tərəvəz məhsulları, 131 milyon 778 min 872 dollarını da mədənçilik məhsulları təşkil edir. O həmçinin vurğulayıb ki, bölgədə sənaye məhsulları ixracında da hər il artım qeydə alınır.

 



Әlaqәli Xәbәrlәr