Yerli və xarici turistlərin gecələmək üçün seçimi Antalya və İstanbul şəhərləri oldu

10 ay ərzində 133 milyondan artıq turistin 66,26 faizi İstanbul və Antalyada gecələdi.

1105498
Yerli və xarici turistlərin gecələmək üçün seçimi Antalya və İstanbul şəhərləri oldu
golf turizm.jpg

Yerli və xarici turistlərin ilin ilk 10 ayında gecələmək üçün seçimi Antalya və İstanbul şəhərləri oldu.

10 ay ərzində 133 milyondan artıq turistin 66,26 faizi İstanbul və Antalyada gecələdi.

Türkiyədəki otel və digər turizm obyektlərində 2018-ci ilin yanvar-oktyabr dövründəki gecələmə sayı 133 milyon 62 min 421 olub. Bunlardan 89 milyon 108 min 184-ü xarici turist, 43 milyon 954 min 237-si isə yerli turistdir.  

İlin ilk 10 ayında reallaşan gecələmə keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,6 faiz artıb.

Yanvar-oktyabr dövründə 133 milyondan artıq olan gecələmənin 52,48-i Antalyada, 13,78 faizi isə İstanbulda reallaşıb. Beləliklə cəmi gecələmələrin  66,26 faizi Antalya və İstanbulda olub.

İlin ilk 10 ayında Antalyada 59 milyon 885 min 160-ı xaricilər, 9 milyon 950 min 627-si isə yerli qonaqlar tərəfindən olmaqla cəmi 69 milyon 835 min 787 gecələmə reallaşıb. İstanbulda isə 13 milyon 35 min 305-i xaricilərə, 5 milyon 306 min 411-i isə yerli qonaqlara məxsus olmaqla cəmi 18 milyon 341 min 716 gecələmə reallaşıb.



Әlaqәli Xәbәrlәr