Bursa İnegöl Beynəlxalq Mebel və Dekorasiya Sərgisi

Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varank, real sektorun son dövrdəki maliyyə hücumlara baxmayaraq, inkişafa davam etdiyini söyləyib.

1074721
Bursa İnegöl Beynəlxalq Mebel və Dekorasiya Sərgisi

   Bursada İnegöl Beynəlxalq Mebel və Dekorasiya Sərginin açılışında etdiyi çıxışında Mustafa Varank Türkiyə iqtisadiyyatının əmin addımlarla yoluna davam etdiyini diqqətə çatdıraraq deyib:

  "Sənayemizin bütün sahələri son dövrdə maliyyə hücumlara baxmayaraq, böyüməyə və dimdik ayaqda qalmağa davam etdi. Türkiyə real sektorun rəhbərliyi altında yeni iqtisadiyyat proqramına uyğun, sağlam şəkildə inkişafa davam edəcək. Buna heç kəsin şübhəsi olmasın.”

  Qeyd edək ki, Bursanın İnegöl qəsəbəsində təxminən yarım milyard dollarlıq mebel ixracatı həyata keçirilir.

  Bu il 40-cısı keçirilən beynəlxalq dekorasiya və mebel sərgisinə 90 ölkədən 25 min qonağın gəlməsi gözlənilir.

  Sektora istiqamət verən bir çox mebel firması yeni mövsüm məhsullarını sərgidə nümayiş etdirir.

  İxracata təkan vermək məqsədilə təşkil olunan sərgi 5 gün sürəcək.  



Әlaqәli Xәbәrlәr