Türkiyәdә yetişdirilәn yaşıl bibәr dünyaya ixrac olunur

Yasıl bibәr ixracı sentyabr ayında keçәn ilin eyni dövrü ilә müqayisәdә 36 %  artaraq 75.5 min ton olub.

1057165
Türkiyәdә yetişdirilәn yaşıl bibәr dünyaya ixrac olunur
biber.jpg
meksika biberi.jpg

Türkiyәdә yetişdirilәn yaşıl bibәr dünyaya ixrac olunur.

Yasıl bibәr ixracı sentyabr ayında keçәn ilin eyni dövrü ilә müqayisәdә 36 %  artaraq 75.5 min ton olub.

Mәlumata görә, Aralıq dәnizi, Egey dәnizi vә Mәrmәrә bölgәlәri başda olmaqla Türkiyәnin müxtәlif şәhәrlәrindә yetişdirilәn yaşıl bibәr 1 yanvar-15 sentyabr tarixlәri arasında 49 ölkәyә ixrac edilib.

Yasıl bibәr ixracından әldә edilәn gәlir 23 % artaraq 68.5 milyon dollar tәşkil edib.

Qeyd edәk ki, yaşıl bibәr әn çox Almaniyaya ixrac edilib. Bu müddәt әrzindә bu ölkәyә 18 min ton bibәr ixrac edilib. İkinci yerdә isә Rusiya qәrarlaşıb. Bu ölkәyә 10 min  615 ton bibәr ixrac edilib.

Mәlumatda 1 yanvar-15 sentyabr tarixlәri arasında Rumıniyaya isә 8.3 ton bibәrin  ixrac edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr