"ABŞ və Avropa arasında ticarət müharibəsi çoxdan başlayıb", B.Meir

Fransa Maliyyə naziri Bruno le Meir (Maire) Amerika Birləşmiş Ştatları ilə Avropa arasında ticarət müharibəsinin çoxdan başladığını söylədi.

1008889
"ABŞ və Avropa arasında ticarət müharibəsi çoxdan başlayıb", B.Meir

  İqtisadi konfransda B.Meir deyib: “Məsələ ticarət müharibəsi çıxıb-çıxmayacağı deyil, çünki bu savaş çoxdan başlayıb... ABŞ prezidenti Donald Tramp Avropa İttifaqına yeni gömrük vergiləri gətirməkdən vaz keçməlidir. Bu vergilərdə yeni bir artım olarsa, məsələn, avtomobil sənayesinə əlavə vergilər gətirilərsə, Avropanın birləşmiş və suveren bir güc olduğunu göstərmək üçün birlik içində güclü reaksiya verəcəyik. Yəni təcavüzə məruz qalsaq, kollektiv və qətiyyətli şəkildə cavab verəcəyimizi bilsinlər”.



Әlaqәli Xәbәrlәr