Cənub Qaz Dəhlizi açıldı

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak etdi.

981194
Cənub Qaz Dəhlizi açıldı

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak etdi.

Eyni zamanda  XXV yubiley Beynəlxalq Neft və Qaz sərgisinin də açılışı oldu, mərasim sərginin keçirildiyi Bakı Ekspo Mərkəzində canlı yayımlandı.

Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

Açılış mərasimində ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri xanım Sandra Oudkirk çıxış etdi.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin mərasim iştirakçılarına müraciətini oxudu.

Səfir Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini səsləndirdi.

Sonra Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin və BP Group Upstream-in baş icraçısı Bernard Luney çıxış etdilər.

Daha sonra “Şahdəniz 2” / Cənub Qaz Dəhlizi layihələri haqqında BP tərəfindən hazırlanmış videoçarx təqdim olundu.

Sonda Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin açılışını etdi.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tiflis- Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

 


Әlaqәli Xәbәrlәr