"Moody's": 2019-cu ildə neftin qiyməti 45-65 dollar olacaq

"Neft bazarı yenidən balanslaşdırılıb, lakin risklər hələ də qalmaqdadır".

977960
"Moody's": 2019-cu ildə neftin qiyməti 45-65 dollar olacaq

"Neft bazarı yenidən balanslaşdırılıb, lakin risklər hələ də qalmaqdadır".

“Bunu bu gün Azərbaycanın paytaxtı Bakıda keçirilən “Moody’s”in “İllik Azərbaycan Sammiti”ndə beynəlxalq kredit agentliyinin vitse-prezidenti Denis Perevezentsev deyib.

“Neft bazarı tarazlığa doğru hərəkət edəcək, lakin tələb və təklif balansı qeyri-sabit olaraq qalır. ABŞ-da şist neftinin istehsalı və “OPEC +” razılaşması bazara təsir edən əsas amillərdən sayılır. Buna baxmayaraq neft bazarı sabit qalmaqdadır", - deyə D. Perevezentsev vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın İrana tətbiq edəcəyi sanksiya, "OPEC+" ölkələrinin xeyrinə olacaq.

"Moody's"in mütəxəssislərinin proqnozlarına görə, 2019-cu ildə neftin bir barelinin qiyməti 45-65 dollar  olacaq.

 

Mənbə: APA



Әlaqәli Xәbәrlәr