Türkiyənin zeytunu və zeytun yağı mükafata layiq görüldü

İngiltərədə təşkil edilən Beynəlxalq London Zeytun yağı müsabiqələrində (Londan İnternational Olive Oil Competitions) Türkiyə zeytun yağında 6-sı qızıl olmaqla cəmi 17 medal qazandı.

965995
Türkiyənin zeytunu və zeytun yağı mükafata layiq görüldü
siyah zeytin.jpg
ZEYTINYAGI 4.jpg
zeytin.jpg
yaslanma_karsiti_yiyecekler_zeytin_yagi.jpg

İngiltərədə təşkil edilən Beynəlxalq London Zeytun yağı müsabiqələrində (Londan İnternational Olive Oil Competitions) Türkiyə zeytun yağında 6-sı qızıl olmaqla cəmi 17 medal qazandı.

Antalya Tiracət Palatasının məlumatına əsasən, dünyanın ən nüfuzlu müsabiqələrindən biri kimi qəbul edilən London Zeytun Yağı müsabiqələrinə Türkiyədən 35 zeytun yağı və 5 zeytun nümunəsi qatıldı. ABŞ, Kanada, Yaponiya, İtaliya, İngiltərə və Türkiyə kimi ölkələrdən üzvlərin iştirak etdiyi münsiflər heyətinin olduğu müsabiqədə; Antalya, Ədrəmit, Kilis, İzmir, Manisa və Çanaqqala kimi Türkiyənin müxtəlif şəhər və qəsəbələrindən göndərilən zeytun və zeytun yağları yarışdı.

Türkiyə zeytun yağında 6-sı qızıl, 6-sı gümüş və 5-i bürünc olmaqla 17 medal qazandı.

Zeytunda isə 3-ü platin, 2-si qızıl olmaqla bütün zeytunlarımız mükafata layiq görüldü.



Әlaqәli Xәbәrlәr