Türkiyə Afrika qitəsinin ən böyük kənd təsərrüfatı sərgisində
Mərakeşdə keçirilən Afrika qitəsinin ən böyük kənd təsərrüfatı sərgisi olan XIII Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (SIAM) Türkiyə stendinə böyük maraq olub.
Meknes şəhərində təşkil edilən, aprelin 25-28 tarixləri arası keçirilən SIAM sərgisində Türkiyə stendini təqdim edən Kənan Kurt deyib: “Türkiyənin bu sərgidə iştirakı kənd təsərrüfatı məhsullarımızı tanıtmaq baxımından əhəmiyyətlidir. Sərgi həm də Türkiyənin Afrikaya kənd təsərrüfatı qapısının açılmasıdır… Türkiyənin sərgiyə təcrübə mübadiləsi və məhsul təqdimatı məqsədilə qatılıb. Burada kənd təsərrüfatı alətləri, gübrə, toxum, həşərat dərmanları kimi müxtəlif məhsullar nümayiş etdirik. Məhsullarımız gələnlər tərəfindən böyük maraqla qarşılanır.”
Qeyd edək ki, Mərakeş Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2006-cı ildən bəri hər il təşkil olunan, təxminən 180 min kvadratmetrlik sahədə qurulan sərgidə 70-dən çox ölkə yer alır.
Әlaqәli Xәbәrlәr
“İslahatlarımızla Türkiyənin strukturunu gücləndirməyə davam edirik”, M.Şimşək
Türkiyə Radio Televiziya Qurumu – TRT-yə ABŞ səfərilə bağlı məlumat verən M.Şimşək deyib ...