TANAP layihəsi üzrə işlər artıq son mərhələyə qədəm qoyub

TANAP layihəsinin iki fazası üzrə işlərin ümumilikdə 93 faizdən çoxu icra edilib. Bu il iyulun əvvəlindən etibarən TANAP-la Türkiyəyə kommersiya məqsədilə ilk qaz veriləcək.

954305
TANAP layihəsi üzrə işlər artıq son mərhələyə qədəm qoyub

TANAP layihəsinin iki fazası üzrə işlərin ümumilikdə 93 faizdən çoxu icra edilib. Bu il iyulun əvvəlindən etibarən TANAP-la Türkiyəyə kommersiya məqsədilə ilk qaz veriləcək.

Enerjinin ipək yolu kimi xarakterizə edilen boru kəməri Türkiyəyə 30 iyunda qaz ötürməyə hazırdır.

TANAP-ın baş direktoru Saltuk Düzyol deyib ki, uzunluğuna və diametrinə görə Cənub Qaz Dəhlizinin ən böyük hissəsi olan TANAP layihəsi üzrə işlər artıq son mərhələyə qədəm qoyub. TANAP-ın 56 düymlük 1350 kilometr uzunluğundakı hissəsinin inşası tamamlanıb, boru kəmərinə sınaq məqsədilə qaz vurularaq Əskişəhərə çatdırılıb. Bu hissədə boru kəməri marşrutu boyunca fiber-optik kabel də artıq çəkilib.

Layihə üzrə Faza-0, yəni cari ilin ortalarında ölkəmizin “Botaş” şirkətinin sisteminə ilk qazın qəbul edilməsi üçün işlərin 99 faizi tamamlanıb. Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulan işlər üzrə isə 80 faizdən çox irəliləyişə nail olunub. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq.

Qeyd edək ki, TANAP ilə Avropaya  təbii qaz axışı isə 2020-ci ildə olacaq.

Boru kəmərindən Avropa ölkələrinə ildə 10 milyard kubmetr qaz axışı olacağı bildirilir. 

 



Әlaqәli Xәbәrlәr