“Volkswagen” 33 mindən çox avtomobili geri çağırır

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” Çində satdığı 33 min 142 avtomobili geri çağıracaq.

926662
“Volkswagen” 33 mindən çox avtomobili geri çağırır

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” Çində satdığı 33 min 142 avtomobili geri çağıracaq.

 Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının verdiyi xəbərə görə, geri çağırılan avtomobillər 2014-2017-ci illərdə istehsal olunmuş “Touareg” modelindən olan minik vasitələridir. Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin mühərrikindəki klapanlar suyun düzgün axınına imkan vermir və bu, nəticədə təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər.

Geriçağırılma prosesinə aprelin 30-dan başlanılacaq.

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr