Dünyanın ən varlı adamı indi odur

Amazon-un təsisçisi Jeff Bezos dünyanın ən varlı insanıdır

924536
Dünyanın ən varlı adamı indi odur

Amazon şirkətinin banisi Jeff Bezos Microsoft-un təsisçisi Bill Gates-i arxada qoyaraq Forbes nəşrinin reytinqinə görə dünyanın ən zəngin insanı tanınıb.

Amazon səhmlərinin 2,3 faiz bahalaşması nəticəsində cənab Bezos-un şəxsi sərvətinin ümumi həcmi 2 milyard dollara yaxın artıb.

Online rejimdə yenilənən Forbes-un son rəqəmlərinə görə onun aktivlərinin dəyəri Bill Gates-in sərvətindən 1,4 milyard dollardan artıq olub.

Sonuncu dəfə Bill Gates ən zəngin adam adını ötən il əldən verib. O zaman zənginlər siyahısının üst sətirini qısa müddətə (iki günə) olsa da, Zara ticarət şəbəkəsinin yaradıcısı Amancio Ortega zəbt etmişdi.

Forbes jurnalı milyarderlər siyahısını ilk dəfə 1987-ci ildə çap edib. Amazon şirkətinin banisi onun üst sətirini tutan sayca 7-ci şəxs olub.

40 Türkün də iştirak etdiyi varlılar siyahısında Türklərin ümumi sərvəti 72,4 milyard dollara çatıb. Türkiyənin ən zəngini Murat Ülker 4,8 milyard dollarlıq sərvətiylə siyahının 422-ci sətirində qərarlaşıb.

 



Әlaqәli Xәbәrlәr