Türkiyə ilk yerli qazma gəmisini Aralıq dənizinə göndərir

Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Berat Albayrak 2017-ci ilin aprelində açıqlanan Milli Enerji və Mədən Strategiyası çərçivəsində çox mühüm infrastruktur həmlələrinin həyata keçirilməyə başladığını deyib.

888951
Türkiyə ilk yerli qazma gəmisini Aralıq dənizinə göndərir

  Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Berat Albayrak Ankaranın Kahramankazan rayonunda elektrik istehsal kompleksində çıxışında 2017-ci ilin aprelində açıqlanan Milli Enerji və Mədən Strategiyası çərçivəsində çox mühüm infrastruktur həmlələrinin həyata keçirilməyə başladığından bəhs edib.

  B.Albayrak deyib: “Bütövlükdə 42 milyard liralıq kapitalla 2017-ci ili Türkiyə Cümhuriyyəti tarixinin rekordu sayıla biləcək bir investisiyayla bağladıq. Dənizlərdə iki gəmi ilə birlikdə seysmik araşdırmalar başa çatıb. Neft və qazçıxarma sahəsində ilk yerli qazma gəmisini ən qısa zamanda Aralıq dənizinə göndəririk. Texnologiya ilə bağlı xaricdən asılılığı azaltmaq məqsədilə hazırladığımız Bərpa Olunan Enerji Resurs Sahələri Strategiyası ötən ilin həm günəş, həm də külək tenderləri baxımından çox əlamətdar bir il oldu. Mədən sahəsində də struktur dəyişiklikləri həyata keçirilir. Bu ilin ilk yarısında Türkiyənin ilk geokimyəvi xəritələrinin bütün şəklini ortaya çıxaracağıq.”



Әlaqәli Xәbәrlәr