"Türkiyə uzun müddətli gələcəyi parlaq iqtisadiyyata sahibdir", M. Şimşək

İqtisadiyyatdan məsul baş nazirin müavini Mehmet Şimşək və maliyyə naziri Naci Ağbalın iştirakı ilə keçirilən Maliyyə Forumu İstanbulda start aldı.

862635
"Türkiyə uzun müddətli gələcəyi parlaq iqtisadiyyata sahibdir", M. Şimşək

İqtisadiyyatdan məsul baş nazirin müavini Mehmet Şimşək Türkiyə iqtisadiyyatının struktur əsaslı islahatlarla bu sahədəki şoklara qarşı dözümlülüyünün  arta biləcəyi bir dönəmdə olduğunu söyləyib.

Mehmet Şimşək və maliyyə naziri Naci Ağbalın iştirakı ilə keçirilən Maliyyə Forumu İstanbulda start aldı.

Şimşək Forumda etdiyi çıxışda Türkiyənin uzun müddətli gələcəyi parlaq iqtisadiyyata sahib olduğunu vurğulayaraq deyib ki, Türkiyənin iqtisadiyyatında struktura əsaslı islahatlarla şoklara qarşı dayanıqlılıq artırıla bilər. Çünki belə bir dövrdəyik.  

Son günlərdə valyutadakı fəallığa diqqət çəkən Şimşək “Bankçılıq sektoru neytral bir mövqeyə sahibdir və prosesi yaxşı idarə etdi. Yaxın zamanda Türkiyədə makro ehtiyatı çərçivəsi mənasında struktur əsaslı önəmli islahatlar həyata keçirəcəyik”-deyə bildirib.

Türkiyənin gördüyü  iqtisadi tədbirlərlə ölkədən kənarda şüurlu şəkildə ortaya qoyulan düşüncənin əksini göstərdiklərini bildirən Şimşək vurğulayıb ki, Türkiyənin gördüyü tədbirlər nəticəsində ölkə xaricindəki mənfi düşüncələr aradan qaldırıldı. Bizim reallığımız onlarınki qədər mənfi, arzuladığımız qədər də yaxşı deyil. Bunu dəyişmək üçün islahat zamanıdır.



Әlaqәli Xәbәrlәr