"Bu rəqəm bir çox qərb ölkələrilə müqayisədə orta hesabdır", F.Özlü

Türkiyənin Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü İnkişaf Edən Səkkiz Ölkə - D 8-in öz aralarındakı ticarət dövriyyəsinin 100 milyard dollar həcmində olduğunu bildirib.

848964
"Bu rəqəm bir çox qərb ölkələrilə müqayisədə orta hesabdır", F.Özlü

  F.Özlü Nigeriyanın paytaxtı Abuja şəhərində keçirilən D-8 Sənaye Nazirləri 6-ci Toplantısında iştirak və çıxış edib: “İqtisadi gücümüzün 3 trilyon 770 milyard dollar, təşkilat üzvlərimizin ümumi əhalisinin isə 1,1 milyard olduğu düşündüyümüz zaman daxili ticarət dövriyyəmizin 500 milyard dollara çıxarıla bilməsi tamamilə mümkündür… Türkiyənin ev sahibliyilə oktyabr ayında keçirilən D-8 ölkələrinin IX Zirvə Toplantısında çıxış edən dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, “Savaş yerinə sülh, münaqişə yerinə dialoq, üstünlük əvəzinə bərabərlik, ikili standart yerinə ədalət və inkişaf”… D-8in qurulduğu 1997-ci ildən bu günə qədər üzv ölkələrin bir çox sahədə əhəmiyyətli məsafə qət etdiyi müşahidə olunur. Bu ölkələrin illik orta artım nisbəti 5 faizdən yuxarıdır. Bu rəqəm bir çox qərb ölkələrilə müqayisədə orta hesabdır. Hazırda D-8 ölkələrinin öz aralarındakı daxili ticarət dövriyyəsi 100 milyard dollar həcmindədir. Ümumi iqtisadi gücümüzün 3 trilyon 770 milyard dollar, təşkilat üzvlərimizin ümumi əhalisinin 1,1 milyard olduğunu düşündüyümüz zaman daxili ticarət dövriyyəmizin 500 milyard dollara çıxması tamamilə mümkündür".



Әlaqәli Xәbәrlәr