İlin axırınadək Aralıq dənizində ilk qazma işlərinə başlanacaq

Enerji və Təbii Sərvətlər naziri Berat Albayrak Türkiyənin ilin axırınadək Aralıq dənizində ilk qazma işlərinə başlayacağını bildirib.

748910
İlin axırınadək Aralıq dənizində ilk qazma işlərinə başlanacaq
akdeniz'de petrol ve doğalgaz aramaları.jpg
rusya doğu akdeniz.jpg

Enerji və Təbii Sərvətlər naziri Berat Albayrak Türkiyənin ilin axırınadək Aralıq dənizində ilk qazma işlərinə başlayacağını bildirib.

Nazir Albayrak Şimali Kıbrıs Türk Cümhuriyyəti sahillərində seysmik araşdırma aparan “Türkiyə Petrolleri Anonim Ortaklığı” şirkəti (TPAO) Barbaros Hayrettin Paşa gəmisində təqdiqatlar aparıb.

İlin axırına qədər ən az iki və ya üç bölgənin seysmik işlərinin yekunlaşdırılacağını ifadə edən Albayrak Türkiyənin öz gəmiləri ilə Aralıq dənizi və Qara dənizdə qazma işlərinə başlayacağını açıqlayıb.

Seysmik işlərdən savayı quyu qazma sahəsində də çox daha çox sərmayə qoyulacağını ifadə edən Berat Albayrak Türkiyənin Şimali Kıbrıs Türk Cümhuriyyəti sahillərində də axtarış və qazma fəaliyyətlərində aktiv olacağını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr