Filippində banka qoyulan pullar yoxa çıxdı

“The Bank of the Phillipinnes İslands” (BPI) müştərilərinin hesablarından onları xəbəri olmadan pul köçürmələri olduğunu və buna sistemlərdəki bir səhvin yol açdığını açıqlayıb.

747487
Filippində banka qoyulan pullar yoxa çıxdı

   Yanlış əməliyyatların miqdarları minlərlə dollarla ölçülür. Bəzi müştərilər isə hesablarındakı pulun hamısının yox olduğunu söyləyir.

  BPI İdarə Heyətinin üzvü Sezar Konsinq (Cezar Consing) bir TV proqramında çıxışı zaman bu problemlə bağlı üzr istəyib və deyib: "Bu, bir haker hadisəsi deyil, sistemimizdən qaynaqlanan problemdir. Bir neçə saata hesablardakı vəziyyəti düzəldəcəyik."

  165 illik tarixi olan BPI “Twitter” üzərindən etdiyi şərhlə elektron bankçılıq əməliyyatlarını problemlər həll olunana qədər saxlatdırdıqlarını bildirib.

  Qeyd edək ki, BPI-ın 8 milyon müştərisi var. Bankda açılan hesablarda isə orta hesabla 1,4 trilyon peso var.  



Әlaqәli Xәbәrlәr