"2019-cu ildə ilk modelimiz ortaya çıxarılacaq", F.Özlü

Bir neçə il əvvəl Ərdoğanın "Türkiyədə yerli marka avtomobil istehsal edəcək bir qəhrəman axtarıram" çağırışını xatırladan F.Özlü deyib.

739463
"2019-cu ildə ilk modelimiz ortaya çıxarılacaq", F.Özlü

  Türkiyə Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) 73-cü ümumi toplantısında gündəmə gətirdiyi yerli avtomobillə bağlı mövzusuna toxunaraq bildirib ki, 2019-cu ildə ilk modeli ortaya çıxarmağı planlaşdırırıq.

  Bir neçə il əvvəl Ərdoğanın "Türkiyədə yerli marka avtomobil istehsal edəcək bir qəhrəman axtarıram" çağırışını xatırladan F.Özlü deyib: “Artıq nazirliyin tərkibində Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı (TÜBİTAK) tərəfindən yerli marka ilə əlaqədar işlər başlanılıb... Yeni bir iş modeli yaratdıq: özəl sektorun qabaqcıl olacağı və dövlətin dəstəkləyəcəyi model… Türkiyədə ötən il 1,5 milyondan çox avtomobil istehsal edilib və 76 faizi ixrac olunub… Türkiyə avtomobil ixrac edən ölkədir. Dünyanın ən nüfuzlu avtomobil firmalarına hissələr buraxan yan sənayemiz də var. Amma yerli nişanımız əskikdir. İnşallah, yeni hazırlığımız yerli markamızı yaradacaq."



Әlaqәli Xәbәrlәr