Bollywood film çəkilişləri ilə ənənəvi hind toy mərasimləri üçün cazibə mərkəzinə çevrilən şəhərimiz

Türkiyənin Muğla şəhəri Bollywood film çəkilişləri ilə hind toy mərasimləri üçün cazibə mərkəzinə çevrildi.

727964
Bollywood film çəkilişləri ilə ənənəvi hind toy mərasimləri üçün cazibə mərkəzinə çevrilən şəhərimiz
muğla'ya hint ilgisi çok.jpg
muğla'ya hint ilgisi.jpg

Türkiyənin Muğla şəhəri Bollywood film çəkilişləri ilə hind toy mərasimləri üçün cazibə mərkəzinə çevrildi.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan aprelin 30-da Hindistana səfər etdi. Onun bu səfərindən sonra Muğlaya gələn toy mərasimi və film çəkilişlərində vasitəçilik edən firmaların nümayəndələrindən ibarət 50 nəfərlik nümayəndə heyəti Muğla və turistik qəsəbələrdəki tarixi və mədəniyyət sahələrində tədqiqatlar apararaq, bölgənin gözəlliklərini kəşf etdi.

Muğla dəniz, günəş, qumla yanaşı tarixi və mədəniyyət qurğusu ilə hər il xeyli sayda turist tərəfindən ziyarət edilir.

Qarşıdakı mövsümdə Muğlaya Hindistandan 50 nəfərlik qruplardan ibarət cəmi 250 tur şirkəti nümayəndəsi gələcək.

Hindistanın Tur Şirkətləri Birliyinin sədri Guldeep Singh Sahni Türkiyədə sülh və dincliyin hökm sürdüyü mühitlə qarşılaşdıqlarını söyləyib.

O bildirib ki,  bölgənin təbii gözəllikləri insanı özünə valeh edir. İsti suları və təbii qidalarında ən yüksək keyfiyyətdə xidmət göstərildi. Bu bölgə həm Bollywood film çəkilişləri üçün həm də hind toyları üçün mərasimlərin keçirilməsinə uygun şəraitə sahibdir.

Hindistanın ənənəvi toy mərasimi və film çəkilişi təşkilatçısı firmanın  “İsland Group” sədri Aman Bhatia da bir ay əvvəl Türkiyəni ziyarət etmişdi. O ziyarəti zamanı Bollywood film çəkilişi və həmin zamanda hind toy mərasimlərinin bölgədə keçirilməsi üçün fəaliyyətlər apardıqlarını söyləyib.

Səfəri zamanı dövlət rəsmiləri, film təşkilatçıları və aktyor Yılmaz Ərdoğanla tanış olma imkanı əldə etdiklərini bildirib. O deyib ki, bizə görə bu bölgə xüsusilə hind toy mərasimləri üçün inanılmaz potensiyala sahibdir. Bu bölgədə mütləq hind toy mərasimlərinin keçiriləcəyinə inanırıq. Artıq Bollywood filmi və bundan başqa Türk-Hind birgə serialları ilə əlaqəli fəaliyyət apardıq. Çox yaxın zamanda belə bir layihənin həyata keçiriləcəyini düşünürəm.



Әlaqәli Xәbәrlәr