Türkiyə 8 ayda 173 min ton fındıq ixrac etdi

2016-2017 ixracat mövsümünün 8 aylıq dövründə 173 min 203 ton fındıq ləpəsi ixrac edilib.

724222
Türkiyə 8 ayda 173 min ton fındıq ixrac etdi
fındık ihracatı arttı.jpg
fındık ihracatı.jpg
Türkiye fındık ihracatı.jpg

Qara dəniz Fındıq və Məmulları İxracatçıları Birliyinin sədri Edip Sevinç sentyabrın 1-də start alan 2016-2017 ixracat mövsümünün 8 aylıq dövründə 173 min 203 ton fındıq ləpəsi ixrac edilərək,1 milyard 430 milyon 882 min dollar gəlir əldə edildiyini bildirib.

Sevinç Edip keçən mövsümün müvafiq dövründə 184 min 513 ton fındıq ləpəsi ixrac edilərək, 1 milyard 748 milyon 651 min dollar valyuta əldə edildiyini xatırladıb.

Edip 2016-2017 mövsümünün 31 avqustda başa çatacağını, bu tarixədək Türkiyənin fındıq ixracatını artırmaq üçün fəaliyyətlərin davam edəcəyini də sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr