Avropadakı 7 mərkəzdən Bodruma birbaşa uçuşlar

Türk Hava Yolları (THY) London və Paris daxil olmaqla Avropadakı 7 mərkəzdən Bodruma birbaşa uçuşlarına may ayında start verəcək.

683383
Avropadakı 7 mərkəzdən Bodruma birbaşa uçuşlar
turizm bodrum.jpg
bodrum.jpg
bodrum, turizm.jpg

Bodrum Otelçilər dərnəyi BODER Türk Hava Yollarının direktoruna məktub yazaraq Avropadakı 7 mərkəzdən Milas-Bodrum Hava Limanına birbaşa səfərlər reallaşdırmasını istəyib.

Muğla vilayətinin Bodrum qəsəbəsi Türkiyənin tanınmış turizm mərkəzlərindən biridir.

Özünə məxsus memarlığı, dənizi, qumsalı ilə cazibə mərkəzidir.

BODER-in baş katibi Orhan Kavala çarter yaxud da tarifəli reyslərlə Bodruma gəlmək istəyən xeyli sayda xarici turist olduğunu, ancaq bilet tapa bilmədikləri üçün gələ bilmədiklərini söyləyib. O bildirib ki, bununla bağlı tələbimiz müsbət qarşılandı və əlavə reyslər olacaq.

BODER-in baş katibi Orhan Kavala çarter yaxud da tarifəli reyslərlə Bodruma gəlmək istəyən xeyli sayda xarici turist olduğunu, ancaq bilət tapa bilmədikləri üçün gələ bilmədiklərini söyləyib. O bildirib ki, bununla bağlı tələbimiz müsbət qarşılandı və əlavə reyslər olacaq.

THY may ayında Dublin, Edinburg, Manchester, London, Paris, Amsterdam və Brüsseldən Bodruma qarşılıqlı uçuşları başladacaq.

Birbaşa uçuşların başlaması ilə xüsusilə Bodruma həftə sonları üçün tələbin çox olacağını ifadə edən turizmçiler qərardan xeyli məmnundur.



Әlaqәli Xәbәrlәr