1915 Çanaqqala Körpüsünün təməl daşları

"Türkiyənin iqtisadi sabitliyinə, gələcəyinə etibar olmasaydı, bu böyüklükdə layihələrə dünyanın iddialı şirkət və maliyyə təşkilatları təklif verməzdilər", Ə.Arslan

670550
1915 Çanaqqala Körpüsünün təməl daşları

  Türkiyənin Nəqliyyat, Dənizçilik və İnformasiya naziri Əhməd Arslan 1915 Çanaqqala Körpüsünün təməlinin 18 martda atılacağını söylədi. O, Qarsda etdiyi çıxışında dedi:

  “1915 Çanaqqala Körpüsü Türkiyənin ən mühüm layihələrindən biridir. 10 milyarddan yuxarı qiymətə malik bu körpünün tender prosesində gözlədiyimizdən artıq maraq göstərən şirkətlər gördük. Səkkizi xarici, yeddisi Türkiyədən olmaqla 15 şirkətdən ibarət 4 ortaq qrup təkliflərini verdi. Çox bahalı qiymətlər deyildi. Amma dünyanın 13 böyük maliyyə təşkilatının dəstəyilə layihə gerçəkləşmək üzrədir.

  Türkiyənin iqtisadi sabitliyinə, gələcəyinə etibar olmasaydı, bu böyüklükdə layihələrə dünyanın iddialı şirkət və maliyyə təşkilatları təklif verməzdilər.

  16 il 2 ay 12 günə tamamlanması nəzərdə tutulan 1915 Çanaqqala Körpüsü Türk-Koreya Ortaq Birliyi - Koreyanın “Daelim” və “SK” şirkətləri, Türkiyənin isə Tikinti Mərkəzi və “Limak” şirkəti tərəfindən tikiləcək.

  Körpünün təməl daşlarını bu ilin 18 martında atacağıq."



Әlaqәli Xәbәrlәr