Birinci xətt Türkiyəyə, ikinci xətt Avropaya
Rusiya Parlamenti Federasiya Şurası “Türk axını” təbii qaz boru xəttinin inşasına dair müqaviləni təsdiqlədi.

Rusiya Parlamentinin üst qanadı olan Federasiya Şurasının dünənki iclasında “Türk axını” razılaşmasının təsdiqini nəzərdə tutan qanun qəbul edilib. Parlamentin alt qanadı sayılan Duma isə müqaviləni 20 yanvarda təsdiqləmişdi. Keçən ilin oktyabr ayında isə İstanbulda hökumətlərarası müqavilə imzalanmışdı. Türkiyə Böyük Millət Məclisi Baş Assambleyası müqaviləni ötən ilin dekabrında təsdiqləmişdi.
Artıq biri Türkiyə, digəri Avropa bazarının ehtiyaclarına uyğun olmaqla 2 boru xəttinin inşa edilməsi planlaşdırılır. Birinci xətt Türkiyəyə, ikinci xətt isə lazımi təminatlar alındıqdan sonra Avropaya təbii qaz çatdırılmasını nəzərdə tutur.
Xəttlərdən hər birinin illik həcmi 15 milyard kubmetrdən artıqdır. Layihə 2019-cu ilin sonundan xidmətə başlayacaq.
Әlaqәli Xәbәrlәr

Türkiyəyə keçən il və cari ilin ilk iki ayında gələn turist sayı
Türkiyəyə keçən il və cari ilin ilk iki ayında 17 milyon 18 min 964 turist geldi.