Türk Hava Yolları ilə 109 dollardan başlayan qiymətlərlə uçuş imkanı

Türk Hava  Yolları ilə gediş-gəliş 109 dollar…

661691
Türk Hava Yolları ilə 109 dollardan başlayan qiymətlərlə uçuş imkanı

Türk Hava Yolları (THY) Balkanlar, Qafqazlar və Ukraynaya gediş-gəliş hər şəy daxil 109 dollardan başlayan qiymətlərlə uçuş imkanı təqdim edir.

Son altı ildir “Avropanın ən yaxşı hava yolu şirkəti” seçilən THY transfer mərkəzi İstanbuldan Balkanlarda Cluj, Buxares, Köstəncə, Ljubljana, Priştinə, Sarayevo, Tirana, Üsküp, Zaqrəb, Dubrovnikə 109, Belqrad, Podqgoricaya 119, Sofiyaya 129, Varna və Kişinevə 139, Kafqazlarda Naxçıvan, Gəncə, Tblisiyə 129, Batuma 149, Bakıya 179, Ukraynada Zaporijya və Lviyə 119, Kherson və Odessaya 159 və Kiyevə 169 dollardan başlayan gədiş-gəliş hər şey daxil uçuş imkanı təqdim edir.

Məhdud sayda yer üçün qüvvədə olan endirimdən istifadə etmək istəyən sərnişinlər uçuş biletlərini bu gündən tutmuş 19 fevraladək satın alacaqları təqdirdə  9 fevral-30 aprel tarixləri arasında səyahət edə biləcəklər.

Sərnişinlər kampaniyaya daxil olmayan biletlər və kampaniya ilə əlaqəli məlumatları "www.turkishairlines.com" ünvanından və "444 0 849" nömrəli çağrı mərkəzindən yaxud da satış ofislərindən öyrənə bilərlər.



Әlaqәli Xәbәrlәr