Brent neftinin qiymǝti 48 dollara enib. Buna sǝbǝb........

Brent neftinin  bir barrelǝ  görǝ  qiyməti, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) yığıncağında   konkret  qǝrar  qǝbul  edilmǝmǝsi  sǝbǝbindǝn son bir ayın ən ucuz seviyyǝsi  olan 48,43 dollara enib.

601289
Brent neftinin qiymǝti 48 dollara enib. Buna sǝbǝb........

OPEC-ǝ üzv  ölkǝlǝr ilǝ Azərbaycan, Braziliya, Qazaxıstan, Meksika, Oman və Rusiya Federasiyasının iştirakı ilə 28-29 oktyabrda Vyanada baş tutan  yığıncaqda, neft  hasilatının mǝhdudlaşdırılması mövzusunda razılıq ǝldǝ  edilmǝdiyi  üçün mövzunun Noyabr ayında  tǝşkil edilǝcǝk  növbǝti  yığıncaqda   müzakirǝsi  qǝrarına  gǝlindi.   

Hǝmin  iclasdan  sonra  isǝ  Brent neftinin  qiyməti, 48,43 dollara  endi. Bu gün isə Brent neftinin  bir  barellǝ  görǝ  qiyməti 48,6 dollar  tǝşkil  edir. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,08 dollar artaraq 46,94 dollar olub. 

 



Әlaqәli Xәbәrlәr