Türkiyə “sərmayə qoyula biləcək” imkanlara sahib ölkədir

Xarici sərmayədarlar iqtisadi əsasları nəzərdə saxlayaraq Türkiyəni “sərmayə qoyula biləcək” ölkə kimi görməkdə davam edir.

578836
Türkiyə “sərmayə qoyula biləcək” imkanlara sahib ölkədir

 “Moodys” agentliyinin kredit reytinqini endirməsinə baxmayaraq xarici sərmayədarlar iqtisadi əsasları nəzərdə saxlayaraq Türkiyəni “sərmayə qoyula biləcək” ölkə kimi görməkdə davam edir.

Müəyyən bölgələr üzrə ekspert Timothy Ash bildirib ki, bəziləri üçün maraqlı ola bilər, amma bazarlardakı məhdud reaksiya “Moodys” agentliyinin nəzərdə tutduğunun əksinə  Türkiyənin dözümlülüyünü və güclü təməllərini əks etdirir. Türkiyənin maliyyə nisbətlərində hər hansı pozuntu yaxud kreditlə bağlı etimadlığına təsir göstərə, xarici maliyyə baxımından təhlükə təşkil edə biləcək təhdid görmürəm.

Həmin çərçivədə Yaponiyanın reytinq agentliyi “Yapan Credit Rating Eurasia”nın sədri Orhan Ökmən də “Moodys” agentliyinin qərarına baxmayaraq Türkiyəni hələ də sərmayə qoyula biləcək ölkə mövqeyində gördüklərini söyləyib.

Qəyd edək ki, "Moody's" beynəlxalq reytinq agentliyi Türkiyənin uzun müddətli kredit reytinqini "Baa3" səviyyəsindən "Ba1" spekulyativ səviyyəsinə endirmişdi.



Әlaqәli Xәbәrlәr