Elektrik stansiyası üçün 900 milyon dollarlıq müqavilə imzalandı
Dolların düşməsiylə dünyanın ən böyük neft istehsalçılarından biri olan Səudiyyə Ərəbistanının gəlirləri böyük ölçüdə azalıb
491427

Səudiyyə Ərəbistanı Elektrik Şirkətindən verilən məlumatda şirkətin elektrik stansiyası inşası layihəsinə 900 milyon dollarlıq maliyyə təmin edilməsi üçün Cənubi Koreya İxracat Bankı, Tokio-Mitsubişi Bankı, “Deutsche” Bank və Santander Bankı ilə müqavilə imzalandığı bildirilib.
Neft qiymətlərinin 2014-cü ildən bu yana təxminən 70 faiz azalaraq 120 dollardan 30-a düşməsiylə dünyanın ən böyük neft istehsalçılarından biri olan Səudiyyə Ərəbistanının gəlirləri böyük ölçüdə azalıb. Küveyt Maliyyə Mərkəzinin hesabatına görə, əsas gəlir mənbəyi neft olan 6 Körfəz ölkəsinin - Səudiyyə Ərəbistanı, Küveyt, Qatar, Bəhreyn, Oman və Birləşmiş Ərəb Əmirliyinin büdcəsi keçən il ümumi hesabla 160 milyard dollar azalıb.