Argentina Türkiyǝdǝn limon satın alacaq

Argentina limon istehsalının azalması nǝticǝsindǝ Türkiyǝdǝn limon satın alacaq.

478611
Argentina Türkiyǝdǝn limon satın alacaq

Argentina limon istehsalının azalması nǝticǝsindǝ Türkiyǝdǝn limon satın alacaq.

 Qlobal iqlim dəyişiklikləri səbəbindən limon ağacları zərər görən argentinalı fermerlər yanan yaşlı ağacları kəsib yeni ağac dǝ ǝkǝ bilmǝdiklǝrinǝ görə, ölkədə limon istehsalı və ixracında azalma müşahidǝ olunub.

 Bu vəziyyət dünya limon istehsalında ilk 10 ölkə arasında yer alan Türkiyəni ön plana çıxarıb.

 Başda Rusiya, Rumıniya, Ukrayna olmaqla Argentinadan limon alan alıcılar Türkiyəyə üz tutmağa başlayıb.

 İldə 3.6 milyon ton sitrus istehsal edən Türkiyə bunun 1 milyon tonluq hissəsini təşkil edən limonun 400 min tonunu ixrac edir.

 Rusiyaya hər il 113, Səudiyyə Ərəbistanına və İraq hǝrǝsinǝ 47, Ukraynaya 41, Rumıniyaya isə 25 min ton Türk limonu ixrac edilir.



Әlaqәli Xәbәrlәr