Neft bahalaşıb

Dünya bazarında neftin 1 barrelinin qiyməti 46 dolları keçib.

475131
Neft bahalaşıb

Dünya bazarında neftin 1 barrelinin qiyməti 46 dolları keçib. London əmtəə birjasında “Brent” markalı neft 0,24 dollar və yaxud 0,52% bahalaşayaq 46,04 dollara satılıb. Nyu-York birjasında isə 0,24 dollar və yaxud 0,54% dəyər qazanaraq 44,42 dollara realizə edilib.

Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Azərbaycan neftinin qiymətini açıqlayıb. “Azeri Light” markalı neftimiz aprelin 20-də keçirilmiş hərraclarda 44,91 dollara satılıb. Bu, aprelin 19-da qeydə alınmış qiymətdən 0,48 dollar və yaxud 1,08% çoxdur.


Etiketlәr: #Neft , #SOCAR , #Azeri Light , #Brent

Әlaqәli Xәbәrlәr