M. Çavuşoğlu iranlı naziri qəbul edib

Görüşdə hər iki ölkə arasında həyata keçirilən Baş nazir və nazirlər səviyyəsindəki ziyarətlərdə​n məmnunluq ifadə olunub.

466873
M. Çavuşoğlu iranlı naziri qəbul edib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə - İran Ortaq İqtisadi Komissiyasının toplantısında iştirak etmək üçün Ankarada olan İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə görüşdə hər iki ölkə arasında həyata keçirilən Baş nazir və nazirlər səviyyəsindəki ziyarətlərdə​n məmnunluq ifadə olunub.

Bildirilib ki, hər iki ölkə ticarət həcminə qoyulan 30 milyard dollarlıq hədəfə çatmaq üçün qərarlı addımlarla irəliləyir və bu istiqamətdə əlaqələrin hər sahədə inkişaf etdirilməsi zəruridir.



Әlaqәli Xәbәrlәr