HSBC Türkiyədəki fəaliyyətini davam etdirəcək

Mərkəzi ofisi İngiltərədə olan Avropanın ən böyük bankı HSBC Türkiyədəki fəaliyyətini davam etdirəcək.

437200
HSBC Türkiyədəki fəaliyyətini davam etdirəcək

Mərkəzi ofisi İngiltərədə olan Avropanın ən böyük bankı HSBC Türkiyədəki fəaliyyətini davam etdirəcək.

HSBC Türkiyədən verilən məlumatda: "HSBC qrupu rentabelli və güclü kapitala malik bank olmaq hədəfi ilə Türkiyədəki fəaliyyətlərinə davam etmə öhdəliyi götürmüşdür" deyə bildirilir.

Məlumatda HSBC-nin gələcək dövrdə korporativ bankçılıq sahəsindəki fəaliyyətlərini davam etdirəcəyi və fərdi bankçılıqda daha keyfiyyətli xidmət təqdim edəcəyi qeyd edilir.

Türkiyədə 1990-cı ildən etibarən fəaliyyət göstərən HSBC Türkiyə fərdi bankçılıq və təcrübə rəhbərliyi, korporativ və kommersiya bankçılığı, qlobal və investisiya bankçılığı və özəl bankçılıq sahələrində xidmət təqdim edir.

HSBC Qrupu bu gün Avropa, Asiya-Sakit okean bölgəsi, Şimali və Cənubi Amerika, Orta Şərq və Afrika olmaqla 72 ölkə və bölgədə təxminən 6 min 100 ofisi ilə xidmət verir.



Әlaqәli Xәbәrlәr