Azǝrbaycanda daşınmaz əmlak bazarı sektorunda ilk sərgi

Sərgidə yerli və beynəlxalq tikinti şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələr, seçilmiş daşınmaz əmlak firmaları, daşınmaz əmlak investorları iştirak edir.

364314
Azǝrbaycanda daşınmaz əmlak bazarı sektorunda ilk sərgi

Sərgidə yerli və beynəlxalq tikinti şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələr, seçilmiş daşınmaz əmlak firmaları, daşınmaz əmlak investorları iştirak edir.
Türkiyǝdǝ ǝmlak sektoru inkişaf etmǝkdǝ davam edir.
Son illǝrdǝ Türkiyǝdǝ ǝmlak satın alan ǝcnǝbilǝrin sayında da artım olub.
Azǝrbaycan isǝ Türkiyǝdǝ daşınmaz əmlak sahəsində sǝrmayǝ qoyan ölkǝlǝrdǝn biridir.
Azǝrbaycanın paytaxtı Bakıda Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ("Azerbaijan International Real Estate & Investment Exhibition" (RECEXPO)) açılıb.
Sərgidə Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Şimali Kıbrıs Türk Cümhuriyyǝti və Cənubi Afrika Cümhuriyyǝtindǝn 100-dən çox şirkət, o cümlədən yerli və beynəlxalq tikinti şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələr, seçilmiş daşınmaz əmlak firmaları, daşınmaz əmlak investorları iştirak edir. Türkiyǝ isǝ sǝrgiyǝ 80-ǝ yaxın firma ilǝ qatılıb.
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Elnur Əsədov qeyd edib ki, bu, Azərbaycanda daşınmaz əmlak bazarı sektorunda ilk sərgidir. Bugünkü sərgidə daşınmaz əmlak bazarına investisiya qoymaq istəyən iş adamları, sərmayədarlar bir araya gələcəklər. Ziyarətçilər sərgidə nəhəng layihələri ilə iştirak edən ölkələrdə müxtəlif qiymətə satılan evlər barədə ətraflı məlumat ala biləcəklər.
Dekabrın 19-dək davam edəcək sərgi saat 10-dan 18-dək ziyarətçilərə açıq olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr