"Qazprom" Ukraynaya qaz verilməsini dayandırıb

Ukrayna Rusiya Hava Yollarının Ukrayna hava məkanından tranzit uçuşlarına qadağa qoyub.

368452
"Qazprom" Ukraynaya qaz verilməsini dayandırıb

Rusiyanın “Qazprom”şirkəti bu gündən Ukraynaya təbii qaz verilməsini dayandırıb.
“Qazprom”dan verilən açıqlamaya görə, şirkətin rəhbəri Aleksey Miller “Bu gün sabahdan etibarən Ukraynanın Rusiyadan aldığı təbii qazın verilməsi dayandırılıb. Yenidən qazın verilməsi üçün Ukrayna tərəfindən hər hansı bir ödəniş edilməyib. Başqa sözlə Ukrayna tərəfindən yeni bir ödəniş olunanadək bu ölkəyə təbii qaz verilməyəcək” deyib.
Ukrayna Beynəlxalq Təbii qaz şirkəti “Naftoqazın” başçısı Andrey Kobolev ötən gün verdiyi açıqlamada, Ukraynanın bu qış artıq rus qazı almasının lazım olmadığını söyləmişdi.

Ukrayna Baş naziri Arseniy Yatsenyuk Ukrayna dövlət enerji şirkəti "Naftoqaz"ın Rusiyadan bundan sonra qaz almayacağını açıqlayıb.

Bu arada, Ukrayna Rusiya hava Yollarının Ukrayna hava məkanından tranzit uçuşlarına qadağa qoyub.

2014-cü ildə Rusiya ilə Ukrayna arasında böhran dərinləşmiş və Rusiya Ukraynaya təbii qaz verilməsini dayandırmışdı.

Qışın ortasında qazsız qalan Kiev ilə Moskva arasındakı enerji böhranı daha sonra Avropa Birliyinin vasitəçiliyi ilə həll olunmuşdu.

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr