Türkiyənin fındıq ixracatı

Dünya fındıq istehsalı və ixracatının əhəmiyyətli hissəsini əlində saxlayan Türkiyə 2015-ci ildəki mövsümün ilk iki ayında 604 milyon dollardan yuxarı gəlir əldə edib.

408012
Türkiyənin fındıq ixracatı

Dünya fındıq istehsalı və ixracatının əhəmiyyətli hissəsini əlində saxlayan Türkiyə 2015-ci ildəki mövsümün ilk iki ayında 604 milyon dollardan yuxarı gəlir əldə edib.
Qaradəniz Fındıq Məmulatları və İxracatçıları Birliyinin verdiyi məlumata görə, sentyabr, oktyabr ayları Türkiyə 61 min 698,7 ton fındıq ixrac edərək 604 milyon 280 min 519 dollar gəlir qazanıb.
İxracatın 48 min 887,6 tonu Avropa İttifaqı ölkələrinə göndərilib. Digər ölkələrə 4 min 152,1, sahilyanı ölkələrə 5 min 396,1 və digər ölkələrə isə 3 min 262,9 ton fındıq ixrac olunub.
Türkiyə ötən mövsüm 44 min 823 ton fındıq ixraç edərək 487 milyon 824 min 595 dollar gəlir əldə etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr