Fransadan Yunanıstana dəstək

Fransa prezidenti Fransua Olland Yunanıstana rəsmi səfəri zamanı Afinada baş nazir Aleksis Çiprasla görüşüb.

357729
Fransadan Yunanıstana dəstək

Fransa prezidenti Fransua Olland Yunanıstana rəsmi səfəri zamanı Afinada baş nazir Aleksis Çiprasla görüşüb.
Afinanın yaşadığı iqtisadi böhranla bağlı ölkəsinin Yunanıstanı daim dəstəklediyini söyləyən Fransa prezidenti bundan sonra atacaqları addım olaraq Yunanıstanın xarici borcunun yüngülləşdirilməsinə çalışacaqlarını açıqlayıb.
Avro zonanın maliyyə yardımı ilə ayağa qalxmağa çalışan Yunanıstanda insanlar bir sıra çətinliklərlə üz-üzə qalıblar.
Çipras hökumətinin maliyyə siyasəti xalqı bir daha küçələrə çıxmağa məcbur edib.
Afinada aksiya keçirən nümayişçilər avropalı kreditorlarla əldə olunan razılaşmaya etiraz ediblər.
Aksiyaya şagirdlərdən, təqaüdçülərə qədər xalqın bütün yaş qrupundan olan insanlar qatılıb.
Nümayişçilər Çipras hökumətinin tətbiq etdiyi əlavə dəyər vergisi və maaşların azaldılmasına etiraz ediblər.
Avropalı kreditorların Yunanıstan iqtisadiyyatını qurtarmaq üçün verilməsi nəzərdə tutulan 86 milyard avroluq zərfin 2 milyardlıq hissəsi şərtləri yerinə yetirsə bu həftə yunan hökumətinə veriləcək.
Avropa Komissiyası prezidentinin köməkçisi Valdis Dombrovskisin də bu həftə Afinada görüşlər keçirəcəyi gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr