Yellen ilin axırında faiz nisbǝtinin artacağını bildirib

ABŞ Mǝrkǝzi Bankının sǝdri Janet Yellen bunu Amherst şǝhǝrindǝki Massachusetts Universitetindǝ çıxışında deyib.

391922
Yellen ilin axırında faiz nisbǝtinin artacağını bildirib

ABŞ Mǝrkǝzi Bankının sǝdri Janet Yellen Amherst şǝhǝrindǝki Massachusetts Universitetindǝ çıxış edǝrǝk bildirib ki, iş gücü bazarının son bir neçǝ ildǝ böyük irǝlilǝyiş qeyd etmǝsinǝ baxmayaraq vahid iş gücünǝ hǝlǝ dǝ çatıla bilmǝyib.
“İqtisadiyyatın gǝlǝcǝyinǝ dair bir sıra qeyri-müǝyyǝnliklǝr var. Qlobal maliyyǝ dalğalanmaların ABŞ-ın iqtisadiyyatına tǝsirinin hansı sürǝtdǝ aradan qalxacağını dǝqiq bilmǝk qeyri-mümkündür” deyǝ Yellen bildirib.
Bankın sǝdri ölkǝsinin dǝqiq ixracatının yavaşlayan qlobal inkişafdan hal-hazırda ziddi zǝrǝr gördüyünü vǝ bazarlarda yaşanan son prosesin iqtisadiyyata daha çox tǝsir göstǝrmǝ riski olduğuna diqqǝt çǝkib.
Yellenin ABŞ birjaları bağlandıqtan sonra etdiyi çıxışda faiz artımına bu il ǝrzindǝ başlanacağına dair siqnal vermǝsi dolların beynǝlxalq birjalarda dǝyǝrinin qalxmasına sǝbǝb olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr