"Neftin qiymǝti sabitlǝşdirilsin"

Nikolas Maduro neftin qiymətinin sabitləşdirilməsi mexanizmlərinin razılaşdırılması üçün OPEK sammiti keçirməyi təklif edib.

375117
"Neftin qiymǝti sabitlǝşdirilsin"

Venesuela prezidenti Nikolas Maduro, Qətərə səfəri zamanı Telesur telekanalına verdiyi müsahibədə üzv ölkǝlǝrǝ çağırış edib ki, OPEK sammiti keçirilsin.

Venesuela prezidentinin sözlərinə görə, o bu təkliflə Qətərin əmiri şeyx Tamim bin Həməd əl Taniyə də müraciət edib. Maduro qeyd edib ki, dünyada enerji daşıyıcılarına artan tələbat neftin qiymətinin sabitləşməsinin labüdlüyünü şərtləndirir: “Enerji sahəsinə yatırılan sərmayələrin əsası və yuxarı həddi olmalıdır, tələbat durmadan artır”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr