Yunanıstan yenǝ xilas edilir

Almaniya Yunanıstanı yenǝ xilas edir.

337294
Yunanıstan yenǝ xilas edilir

Almaniya Yunanıstanı yenǝ xilas edir.
Almaniya Bundestaqı müflisləşmə həddində olan Yunanıstana ümumi məbləği 86 milyard avro olan iri beynəlxalq maliyyə yardımı paketi ayrılması planını bəyənib.
Plana görǝ bu ölkǝyǝ xüsusi fond yaradılması nəzərdə tutulur. Yunanıstan hökuməti bu fondun vəsaitlərindən istifadə etməklə özünün Avropa Mərkəzi Bankı qarşısında qısamüddətli öhdəliklərini ödəyə biləcəkdir.
Afinanın xilas edilməsi planına əsasən, bu məbləğin bir neçə tranş şəklində ayrılması nəzərdə tutulur. Avrozona ölkələrinin maliyyə nazirləri 26 milyard avro həcmində birinci tranşın ayrılması təklifini bəyəniblər. Birinci tranşdan təqribən 10 milyard avro hazırda faciəli vəziyyətdə olan Yunanıstan banklarının sanasiyasına yönəldiləcək. Beləliklə, ölkənin bank sistemini sabitləşdirmək və cari il iyun ayında Yunanıstan hökuməti tərəfindən sǝrmayǝnin hərəkətinə qoyulmuş məhdudiyyətləri aradan qaldırmaq planlaşdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr