Çin pulu dollar qarşısında devalvasiyaya getdi

Son 10 ilin devalivasiyasına əsasən bir dollar 6, 11 yuandan, 6 , 22 yuana qalxıb.

323067
Çin pulu dollar qarşısında devalvasiyaya getdi

Çin iqtisadiyyatındakı geriləməni dayandırmaq üçün milli valyutası olan yuanın dollara nisbətdə 2 faiz civarında ucuzlaşması ilə bağlı devalivasiya qərarı verib. Son 10 ilin devalivasiyasına əsasən bir dollar 6, 11 yuandan, 6 , 22 yuana qalxıb. Çin Mərkəz Bankı milli valyutasını sərbəst bazar şərtlərinə uyğunlaşdırmaq üçün bu addımın atdığını bildirib. Çin iqtisadiyyatının bu il 7 faiz artaraq hədəfinə çatsada son 25 ilin ən aşağı artım nisbətini reallaşdırmış olacaq. Çindəki devalvasiya Amerika dollarının beynəlxalq bazarlarda dəyər qazanmasına gətirib çıxardı. Çin rəsmiləri ixracatın devalivasiya ilə beynəlxalq bazarlarda daha rəqabətli mövqeyə gələcəyini ümid edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr